Noble Quran » Azərbaycanca » Sorah Al-Fil ( The Elephant )

Choose the reader


Azərbaycanca

Sorah Al-Fil ( The Elephant ) - Verses Number 5
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ ( 1 ) Al-Fil ( The Elephant ) - Ayaa 1
(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ ( 2 ) Al-Fil ( The Elephant ) - Ayaa 2
Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ ( 3 ) Al-Fil ( The Elephant ) - Ayaa 3
Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.
تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ ( 4 ) Al-Fil ( The Elephant ) - Ayaa 4
(O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.
فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ ( 5 ) Al-Fil ( The Elephant ) - Ayaa 5
(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!

Random Books

  • SÜNNƏNİN ƏSASLARIİmam Əhməd İbn Hənbəlin “Sünnənin əsasları” adlı əsərinin özündə əks etdirən qaydalar, onun haqqında eşitmiş hər bir müsəlmanın tutması vacib olan qaydalardır. Bu əsaslar, doğru yol göstərən, dünya və axirətdə nəcat və firavanlıq əldə etmək üçün gözəl bir vasitədir, çünki burada bu ümmətin sələflərinin etiqadı toplanmışdır. İmam Malik, Allah ona rəhmət etsin, demişdir: “Bu ümmətin axırıncıları, ümmətin birincilərinin müvəffəqiyyət qazandıqları vasitələrdən fərqli bir vasitə ilə müvəffəqiyyət qazana bilməzlər”.

    Source : http://www.islamhouse.com/p/328714

    Download :SÜNNƏNİN ƏSASLARISÜNNƏNİN ƏSASLARI

  • İSTİXARƏ (Uğurun sirri, xeyir-bərəkət açarı)Nə qədər ağıllı, elmli və müdrik olur olsun, hər bir insan öz Rəbbinə, onu yaradana istənilən an möhtacdır və əbədi olan bu yeganə varlıq hər bir göz qırpımında belə mütləq ona lazımdır.

    Source : http://www.islamhouse.com/p/328718

    Download :İSTİXARƏ (Uğurun sirri, xeyir-bərəkət açarı)

  • Raşidi xəlifələrin fəzilətiAllahım, sən bizləri peyğəmbərimizin raşidi xəlifələri ilə bərabər həşr et. Allahım, biz peyğəmbərimiz (sav) raşidi xəlifələrini sevirik və bizə onlarla eyni cənnət nəsib et. Amin.

    Formation : Yaşar Qurbanov

    Source : http://www.islamhouse.com/p/329743

    Download :Raşidi xəlifələrin fəzilətiRaşidi xəlifələrin fəziləti

  • Quranı Necə Anlamalı(Təfsirin Növləri və Bəzi Ayələrin Şərhi)Bu dəyərli kitabda Quranı anlamağın yollarından söz açılır. Mövzusuna görə Azərbaycanda nəşr edilən ilk kitabdır. Qurani Kərimi anlamaq istəyən hər bir müsəlman qardaş və bacılarımıza bu kitabı oxumağı tövsiyə edirik. İbn Abbas (r) buyurmuşdur: Quranı öyrənib əməl edən insanın dünyada haqq yolundan azmaması və axirətdədə ziyana uğramamasına Uca Allah zəmanət vermişdir. Bu kitabı Azərbaycan dilinə tərcumə edən Fərahim qardaşımızdan Allah razı olsun və bu xeyr əməlini onun axirət dəftərinə yazsın. Amin

    Source : http://www.islamhouse.com/p/328708

    Download :Quranı Necə Anlamalı(Təfsirin Növləri və Bəzi Ayələrin Şərhi)

  • Şəfa Duaları və OvsunlarKitabçada Allahın nazil etdiyi, peyğəmbərlərin dilədiyi , həmçinin Məhəmməd peyğəmbərin etdiyi dua və zikrlər verilmişdir.

    Source : http://www.islamhouse.com/p/328860

    Download :Şəfa Duaları və Ovsunlar

Choose language

Choose Sorah

Random Books

Choose tafseer

Participate

Bookmark and Share